“Bakı-2015”: Azərbaycan millisindən 3-cü medal

67 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Niyazi Əliyev yarışa gürcüstanlı İrakli Tkebuçava ilə start verib. İlk qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılan  həmyerlimiz daha sonra fransalı Stevan Da Kostanı  3:1, ispaniyalı Manuel Rosero Ruisi 2:0 hesabı ilə məğlub edib.
 
Krateçimiz yarımfinalda digər qrupun ikincisi Burak Uyğurla (Türkiyə) qarşılaşıb. Döyüş idmançımızın məğlubiyyəti ilə başa çatıb – 1:4.
 
Üçüncü yer uğrunda  almaniyalı Rikardo Gieglerə 3:1 hesabı ilə qalib gələn idmançımız bürünc medalın sahibi olub.