“Associated Press” Azərbaycandan yazdı

«Hakimiyyət ölkəni tənqid olunmayan əraziyə çevirmək istəyir»

 
«Aeroportdan Bakıya gedən yoldakı hasarlar onun arxasındakı yoxsulluğu pərdələmək üçündür»
 
“Associated Press” Avropa Oyunları öncəsi Azərbaycanda mövcud repressiyalarla bağlı məqaləylə çıxış edib. Həmin məqaləni təqdim edirik:
 
“Azərbaycanın paytaxtı Bakı şəhərində ilk Avropa Oyunları başlayır. Məlum olduğu kimi, Azərbaycan ölkədə Olimpiya Oyunlarının keçirilməsi üçün əvvəllər müraciət edib, lakin bunu əldə edə bilməyib. Bəzilərinin fikrincə, Avropa Oyunlarından Azərbaycanın olimpiadanın keçirilməsi üçün vasitə kimi istifadə etmək niyyəti var.
 
İlk Avropa Oyunlarına hazırlıq getdiyi bir vaxtda ölkədə güclü repressiya aparılıb. Ilk növbədə həbslər və bununla yanaşı digər repressiv üsullarla vətəndaş cəmiyyətinə ağır zərbələr vuruldu.ÿBöyük təbii ehtiyatları olan bu ölkədə insan hüquqları ilə bağlı vəziyyət olduqca pisdir.
 
Yarışların açılışı günündə Rusiya prezidenti Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Lakin yarışların keçirildiyi dövrdə heç də hamı oyunları yaxından izləyə bilməyəcək. Bunlardan biri də uzun illər hakimiyyətin korrupsiyasını araşdırmış Xədicə Ismayıldır.
 
Bu fikirləri “Amnesty International” təşkilatının nümayəndəsi Levon Asatiani deyir: “Güclü repressiyalar yolu ilə Azərbaycanın vətəndaş cəmiyyətinə ağır zərbə vurulub. Hakimiyyət ölkəni tənqid olunmayan əraziyə çevirmək istəyir. Siyasi fəallara qarşı narkotik ittihamı geniş yayılıb. Adamlardan işgəncə yolu ilə ifadə alınır”.
 
Azərbaycan hakimiyyəti “Amnesty International” təşkilatının Bakıda keçirilməsi planlaşdırılan tədbirinin qaydalarını pozdu. Bu təşkilatın nümayəndələrinin Bakıya gəlmələrinə imkan verilmədi. Avropa Olimpiya Komitəsinin sədri Patrik Xitte Azərbaycan rəhbərliyi ilə danışıqlarda insan hüquqları məsələsinə toxunduğunu bildirib. O, eyni zamanda qeyd edib ki, biz suveren dövlətə göstəriş verə bilmərik. Iqtisadiyyatı neftdən asılı olan ölkədə neftin qiymətinin kəskin ucuzlaşmasından sonra bu sahədə vəziyyət pisləşib.
 
“Human Rights Whatch” təşkilatının nümayəndəsi Georgi Qogiya deyir ki, hakimiyyət çox böyük səylər hesabına xarici qonaqlara yaxşı şeylər göstərməyə çalışır: “Azərbaycan hakimiyyəti iqtisadi vəziyyətin pis olduğu regionlardan vətəndaşların yarışların keçiriliyi yerə gəlməsinin qarşısını almaq qərarı verib. Aeroportdan Bakıya gedən yolda olan hasarlar isə onun arxasındakı yoxsulluğu pərdələmək üçündür”.