alman-bayraq

Bundestaqda siyasi məhbuslar müzakirəsi

Alman deputatlar Azərbaycandakı repressiyaları pisləyəcək

 
Xəbər verdiyimiz kimi, iyunun 12-də Almaniya parlamentində, yəni Bundestaqda Azərbaycandakı repressiyalar müzakirə olunacaq. Bu ölkənin bir çox kütləvi informasiya vasitələri həmin mövzuya yer ayırıb. Tanınmış “Der Tagesspigel” qəzeti isə bu barədə daha ətraflı məlumat yayıb.
Qəzetin yazdığına görə, Bakıda Avropa Oyunlarının açılış günü Bundestaqda Azərbaycan məsələsi müzakirəyə çıxarılacaq. Son çağlar dünya mediasının diqqətində olan problem – Azərbaycanda insan hüquqlarının durumu Bundestaq deputatlarının əsas müzakirə mövzusu olacaq. Almaniyanın federal kansleri Angela Merkelin rəhbəri olduğu hakim koalisiya qətnamə lahiyəsi ilə çıxış edəcək. Qazetin əldə etdiyi məlumata görə, Azərbaycanda insan hüquqlarının sistemli şəkildə pozulması Almaniya parlamentindəÿ çox ciddi narahatlığa səbəb olub. Qətnamədə deyilir: “Azərbaycan hakimiyyətinin apardığı repressiyalar açıq şəkildə hüquq müdafiəçilərinə, vəkillərə, jurnalistlərə, bloqçulara və siyasi fəallara qarşı yönəlib”. Qətnamə müəllifləri hesab edir ki, son iki ildə vəziyyət daha da pisləşib. Qeyri hökümət təşkilatlarının fəaliyyəti kəskin şəkildə məhdudlaşdırılıb. Məqalədə deyilir: “Birinci Avropa Oyunlarına hazırlaşan Ilham Əliyev rejimi, yüzdən artıq müxalif düşüncəli insanı həbsxanaya salıb”.
Hakim koalissiyadan olan deputatlar Almaniya hökümətini Azərbaycanda aparılan repressiyaları pisləməyə və bütün siyasi məhbusların azadlığa çıxması üçün ciddi addımlar atmağa çağırır.