ABŞ neft hasilatında Rusiya və Səudiyyəni ötdü

1975-ci ildən bəri ilk dəfə olaraq ABŞ Səudiyyə Ərəbistanını neft hasilatı, Rusiyanı isə həm neft, həm də qaz hasilatında geridə qoyaraq dünyada ən iri neft istehsalçısı oldu.

 
Bu barədə BP-nin hazırladığı dünya energetikasının illik Statistical Review of World Energy 2015 statistik icmalında bildirilib.
 
OPEK-ə üzv olan ölkələrdə neft hasilatı sabit səviyyədədir, amma dünya hasilatında kartelin payı 41%-ə qədər enib, bu isə 2003-cü ildən ən aşağı səviyyədir.
 
Dünyada ən yüksək hasilat artımını ABŞ (+1,6 mln. b/s) göstərərək üç il ərzində hasilatı ən azı sutkada 1 milyon barel artırıb.  
 
2014-cü ildə rekord neft hasilatı göstəriciləri Kanada (+310 mni b/s) və Braziliyada da (230 min b/s) əldə edilib.
 
Bununla yanaşı, ABŞ neftin idxalını azaldaraq, Çinə bu xammalın netto-idxalçı mövqeyini verib.