Dünyaca məşhur "Frans-press" agentliyi Azərbaycanda repressiyalar və Avropa Oyunlarına hazırlıq mövzusunda yazıb. Yazını təqdim edirik.
Azərbaycan hakimiyyəti neft və qazın satışı nəticəsində əldə olunmuş maliyyə vəsaitlərinin böyük hissəsini Bakıda keçiriləcək ilk Avropa Oyunlarına xərclədi. Hakimiyyətin məqsədi beynəlxalq miqyasda özünə müsbət imic düzəltməkdir. Başlıca problem ondadır ki, bütün bunların arxasında insan hüquq və azadlıqlarının aramsız olaraq pozulması və müxaif fikirli insanlara qarşı güclü repressiyalar durur. Bakıda keçiriləcək ilk Avrpa Oyunlarına qitənin müxtəlif ölkələrindən altı mindən artıq idmançı gələcək. Dəmir əllə idarə olunan Azərbaycan belə ekstravaqant tədbirlərlə Avropada nüfuz qazanmaq istəyir. İdman naziri Azad Rəhimov “Frans-press”in müxbirinə bildirib ki, belə tədbirləri keçirməklə İlham Əliyev Azərbaycanın dinamik inkişaf edən ölkə obrazını dünyaya göstərmək istəyir. Bəzi hüquq müdafiəçiləri hesab edirlər ki, Bakıda keçiriləcək ilk Avropa Oyunları müxalif düşüncəli insanlara qarşı son bir ildə görünməmiş şəkildə aparılan repressiyalara beynəlxalq aləmin diqqətini çəkmək baxımından böyük fürsətdir. Hüquq müdafiəçisi Elşən Həsənov deyir ki, hakimiyyət vətəndaş cəmiyyətini böyük represiyalar nəticəsində çox ağır vəziyyətə salıb : “Biz Avropa ölkələrinin ölkədə aparılan repressiyaların dayandırılmasında dəstəyinə ümid edirik. Avropa Oyunları Azərbaycandakı siyasi məhbus problemlərinə beynəlxalq aləmin dəstəyi baxımından böyük əhəmiyyət kəsb edir”.
İlk Avropa Oyunarına ciddi hazırlıq getdiyi bir vaxtda Əliyev rejiminin tənqidçiləri kimi tanınmış xeyli şəxs bu günə kimi görünməmiş repressiyalar nəticəsində həbsxanalara salınıb. Onlardan biri də beynəlxalq aləmdə çox yaxşı tanınan Xədicə İsmayıl ötən ilin dekabrında həbs edilib. Xədicə İsmayıl ona qarşı irəli sürülən ittihamları “absurd və əsassız” adlandırıb. Müxbirimizlə həbsxanadan telefon vasitəsilə danışan Xədicə İsmayıl deyir :
“Mən haqqımda sərt cəza qərarının çıxarılmasını gözləyirəm. Hətta ola bilsin ki, onlar mənim həyatımdan on il oğurlayacaqlar. Lakin mən bundan qorxmuram”.
Beynəlxalq hüquq müdafiə təşkilatları uzun müddətdir İlham Əliyevi ölkədə repressiya siyasəti aparmaqda tənqid edirlər. Onlar, eyni zamanda Qərb dövlətlərinin hökumətlərini də Azərbaycnadakı vəziyyətə göz yummaqda ittiham edirlər. “Human Rights Whatch” təşkilatı Avropa liderlərini repressiyalara son qoyulmayacağı təqdirdə yüksək rütbəli vəzifəli şəxsləri Oyunların açılışında iştirak etməməyə çağırıb.
New -Yorkda yerləşən və tərkibində çoxlu sayda hüquq müdafiə təşkilatlarını birləşdirən qrup Azərbaycan hakimiyyətini müxaif düşüncəli insanları saxta ittihamlarla həbs etməkdə günahlandırır. Onlar hesab edir ki, son bir il ərzində ən azı otuz beş hüquq müdafiəçisi, siyasi fəal, jurnaist və bloggerlər həbs edilib, bəziləri isə ölkədən qaçmağa məcbur olub.
İlham Əliyevin köməkçisi Əli Həsənov “Frans-press” agentliyinin müxbirinə məktubla verdiyi cavabda bildirir ki, Azərbaycanda fundamental insan hüquq və azadlıqları təmin olunur. “Amnesty İnternational” təşkiatının nümayəndəsi Con Dalhuzen isə ötən bir ili Azərbaycan müstəqillik qazanandan bəri insan hüquqları baxımından ən fəlakətli il adlandırıb.
Emil


