
“Marja”nın məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondununun (BVF) missiyasının rəhbəri Raja Almarzoqi bildirib.
BVF 2015- ci ildə Azərbaycanın nominal ÜDM-nin 1,8% artaraq 66 milyard manat civarıda olacağını proqnozlaşdırır. Beləliklə, ÜDM-in 6%-i səviyyəsində kəsrinin təxminən 4 milyard manata bərabər olacağını deyə bilərik.
Qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, dövlət büdcəsinin xərcləri isə 21 milyard 100 milyon manat proqnozlaşdırılır. Hökumət dövlət büdcəsinin kəsirinin 1 milyard 662 milyon manat və ÜDM-ə nisbətinin 2,8 faiz təşkil edəcəyini nəzərdə tutur. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi qiymətli kağızların yerləşdirilməsindən, özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcəkdir.