Avropa Birliyi Rusiyanın ilhaq etdiyi Krıma qarşı sanksiyaların müddətini bir il də uzatdı. Ötən il tətbiq edilən sanksiyaların icra müddəti iyunun 23-də başa çatacaq. Bu sanksiyalar Krıma Ukrayna sertifakatı olmayan məhsulların idxalını, Krıma sərmayə qoyulmasını, yarımadada daşınmaz əmlak alınmasını qadağan edir. Həmçinin turizm şirkətlərinə Krım və Sevastopolu xarici turistlərə təklif etməklə bağlı yasaq qoyulub.
Gültəkin