
Daha sonra sənəddə qeyd edilir ki, bu idman tədbirində iştirak etməmək haqqında tövsiyə vermək ofisin səlahiyyətlərinə aid deyil.
Bundan başqa, Şərq Tərəfdaşlığı ölkəsinin Riqa Sammitinin birgə bəyanatında deyilir ki, sammitin iştirakçıları iyun ayında Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarını səbirsizliklə gözləyir, deyə press-relizdə qeyd edilir.
Qeyd edək ki, bu bəyanat hökumətyönlü KİV-lərdən birinin Yunanıstan səfirinin öz hökumətinə Avropa dövlətləri başçılarından heç kimin Oyunların açılışına gəlməyəcəyi haqqında məlumat verdiyini yazmasından sonra verilib. Guya ona bu barədə Aİ nin Bakı ofisindən bildiriblər.
(contact.az)