Son günlər AXCP-yə qarşı yeni təxribata start verilib. Cəbhəçilərin oğurlanmış profilindən partiyaya və Əli Kərimliyə qarşı ittihamlar səsləndirilir. Hakimiyətin cılızlığı o həddə çatıb ki, bu yalan informasiyaları nəzarətlərində olan saytlara da yerləşdiriblər. Belə ki, AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlının adından həqiqətə uyğun olmayan açıqlamalar tirajlanıb. Guya, Orxan Baxışlı partiyadan istefa verdiyini, Əli Kərimlinin bağında işlədiyini və bunun müqabilində cəbhəçi gənclərə pul verildiyini söyləyib.
Orxan Baxışlı haqqında yazılanlarla bağlı “Azadlıq”a video müsahibə verib və səslənən fikirlərin ona aid olmadığını söyləyib.