Cəbhəçi gəncin həbsinə hazırlıq gedir

Ayət İsmayılov: “Məni şərləyib, həbs etmək istəyirlər”
Hakimiyyətin AXCP-yə qarşı düşmən münasibəti bütün zamanlarda özünü göstərib və bu gün də partiyanın rəhbərliyində təmsil olunanlar, sıravi üzvlər həbsxana həyatı yaşayır. Amma hakimiyyətin cəbhəçilərə qarşı qəzəbi soyumayıb və hər fürsətdə əqidəli insanların şərlənməsi prosesi davam edir.
 
AXCP üzvü Ayət İsmayılov “Azadlıq”a açıqlamasında bildirib ki, ona qarşı çirkin ssenari hazırlanır: “Təxribatla üz – üzə qalmışam. Daha doğrusu məni həbs etmək istəyirlər. Anar Zeynalov adlı şəxsi öyrədib, məni şərləmək istəyirlər. Guya, hökuməti təhqir etmişəm. Halbuki, Anar özü gəlib məni hədələdi ki,sən niyə bu hökuməti bəyənmirsən. Hətta məni tutduracağını bildirdi. Mən də bildirdim ki, bu mənim şəxsi işimdir və hansı partiyanın üzvü olmağımı özüm müəyyən edirəm. Sonra gedib məndən şikayət verib. Mən bu haqda 102-yə də zəng vurub məlumat vermişəm. Anarın psixi xəstə olduğunu təsdiqləyən həkim arayışı arayışı da var” – deyə Ayət İsmayılov bildirib.
 
 
Baş verənləri diqqətdə saxlayacağıq.