Müsavatçı gənc Kürdə boğuldu

Müsavatçı gənc fəal Oruc Novruzov (Danyal bəy) bu gün günorta saatlarında Kür çayında boğularaq dünyasını dəyişib.
 
Bu barədə facebook sosial şəbəkəsində məlumat yayılıb. Mərhumun bacısının bildirdiyinə görə, artıq cəsəd sudan çıxarılaraq, aidiyyəti üzrə ailəsinə təhvil verilib.