Həm Azad Suriya Ordusu, həm də İŞİD silahlıları Əsəd rejiminə istiqamətli hücumlarını artırıb. Gün keçdikcə zəifləyən Əsəd rejiminin, hətta paytaxat Dəməşqi qorumaq üçün Hələbdən imtina etmək məcburiyyətində qalacağı gözlənilir. İdlib, Palmira və Cisr əş Şuğur kimi strateji əhəmiyyətə malik məskunlaşma yerlərindən çəkilmək məcburiyyətində qalan Bəşər Əsəd rejiminin, qısa zaman içində ciddi qərarlar verməsi gözlənilir. Livanda nəşr olunan "Lorient Le Jour" qəzetində çap olunan məqalədə də, Bəşər Əsədin həm Hələbi, həm də Şamı əlində saxlamağa çatacaq qədər gücü qalmadığı iddia edilir. Beləliklə, rejimin Şamı müdafiə edə bilmək üçün Hələbdə yerləşən qoşun birliklərini paytaxta cəmləməsi gözlənilir. Lina Kennouchenin hazırladığı məqaləyə görə, Şam rejimi ötən ilin yaz aylarında 20 min yeni əsgərin orduya səfərbər olunmasını gözlədiyi halda, bu rəqəm cəmi 6 min nəfər olub.
Amerikalı Yaxın Şərq mütəxəssisi Joshua Landis də Əsəd rejimi ilə bağlı oxşar fikirdədir. O, bir tərəfdən Əsəd ordusunun zəiflədiyini, digət tərəfdən müxaliflərin gücləndiyini bildirir. Landisə görə, son zamanlar həm Azad Suriya Ordusu, həm də İŞİD daha mütəşəkkil hücumlarla yadda qalır. Mütəxəssis rəqiblərinin taktikaları qarşısında hərəkətsiz qalan Əsəd rejiminin uzun müddətə davam gətirə bilməyəcəyini düşünür.
Hazırda Suriya hakimiyyətinin Hələbdə 50 min nəfərlik canlı qüvvəsi olduğu təxmin edilir. Əsədin bundan artıq canlı qüvvə toplayacağı isə inandırıcı görünmür. Mütəxəssislərə görə, ölkənin bölünməsi ehtimalı da aktuallığını qoruyur. Belə bir vəziyyətdə, Şamı qorumaq üçün Əsədin hələbədki qevvələri paytaxta toplaması isə qaçılmazdır.
azadliq.info


