Ukrayna prezidenti Petro Poroşenko bildirib ki, Ukrayna ərazisində dırnağadək silahlanmış 9 min Rusiya hərbçisi var. Cümə axşamı parlamentə ənənəvi illik hesabat verən prezident deyib ki, sərhəddə toplaşan Rusiya hərbi birləşmələri bir il əvvəlkindən 1,5 dəfə çoxdur.O əmin edir ki, Ukrayna "Rusiya təcavüzünün" qabağını alacaq. Onun sözlərinə görə, Ukrayna ordusunda 250 min adam var.