Əmanətlər nədən azalıb?

Əhalinin bank sektoruna inamı itib

 
Bu ilin yanvar-aprel aylarının yekunlarına görə, Azərbaycan əhalisinin banklardakı əmanətləri 7 milyard 717,2 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, bu, yanvar-mart aylarının yekunları ilə müqayisədə 64,4 milyon manat və yaxud 0,83% azdır. 
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev söyləyir ki, milli valyuta devalvasiyaya uğrayandan sonra əhali banklara əmanətini dollarla qoymağa üstünlük verib. Ekspert Mərkəzi Bankın mütəmadi olaraq manatın dollara olan məzənnəsini ictimailəşdirdiyini deyərək əmanətlərin azalmasının başqa səbəbinin olmadığını bildirir:
“Əmanətlərin strukturuna diqqət etsək, manatın azaldığını görmək olar. Ölkədə Avropa Oyunları, parlament seçkiləri ərəfəsində bir sıra tədbirlər keçirilir.
Nəzərdə tutulan xərclər istifadə edilir və bu, daxili maliyyə bazarında görünmür. Əmanətlər isə sosial məsələ olduğu üçün bilavasitə insanların bank sisteminə inamının artıb-azalmasıyla bağlıdır. Əmanətlər azalıbsa, deməli, əhalinin bank sisteminə inamı öləziyib. Əhalinin pul gəlirlərində, ticarət və xildmət sahəsində az da olsa artım var. Bunun fonunda əmanətlərin azalması banklara inamın azalması və insanların manatı dollara dəyişməsi fonunda baş verir”.
Nigar