“Neftçi”nin baş məşqçisi istefaya göndərildi

Onunla yanaşı məşqçilər korpusunun bütün üzvləri işdən azad edilib
 
"Neftçi" Arif Əsədovu istefaya göndərib. Onunla yanaşı məşqçilər korpusunun bütün üzvləri işdən azad edilib. ans press-in məlumatına görə, bu barədə klubun rəsmi internet səhifəsində açıqlama yer alıb: 
 
"Azərbaycan Kubokunun finalı çərçivəsində baş tutmuş "Qarabağ” – "Neftçi” matçından dərhal sonra "Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib. Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə baş tutmuş toplantıda şura üzvləri – Cəbrayıl Cəbrayılov, Səməd Qurbanov, Mübariz Zeynalov, Bəhram Bağırzadə, klubun icraçı direktoru Elnur Məmmədov, idman direktoru Vəli Qasımov və icraçı direktorun müavini Mübariz Xudiyev iştirak ediblər. Toplantıda qəbul edilmiş qərara əsasən "Neftçi” PFK-nın baş məşqçisi Arif Əsədovla və məşqçilər korpusu ilə yollar ayrılıb. Əsas komandanın baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Samir Əliyevə həvalə edilib."