
Rəsmi Praqa və Bratislava Moskvanı "tarixi saxtalaşdırmaq cəhdində" ittiham ediblər.
1968-ci ilin avqustunda Sovet İttifaqı başda olmaqla Varşava paktı üzv ölkələrinin tankları Praqaya daxil olmuşdular.
Liberal islahatlar tərəfdarlarının çıxışlarının hərbi yolla yatırılması zamanı 100-dən artıq Çexoslovakiya vətəndaşı həlak olmuşdu.
Mayın 23-də Rusiyada nümayiş olunmuş filmdə müəlliflər bildiriblər ki, "Çexoslovakiyaya qoşun yeridilməsinin məqsədi Qərbin dəstəyi ilə həyata keçirilən hərbi çevrilişin qarşısını almaq olub".
Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralek Rusiyanın Praqadakı səfirini izahat vermək üçün XİN-ə çağırıb.
Çexiya Xarici İşlər Nazirliyi filmin "yanlış məlumat yaydığını" bəyan edib.
Slovakiya da sənədli filmin nümayişilə bağlı rəsmi etirazını bildirib.
Slovakiya XİN-in bəyanatında deyilir ki, Rusiya müdaxiləyə və Çexoslovakiyanın ilhaqına görə keçmişdə rəsmi olaraq üzr istəmişdi.
Bratislava hökuməti bəyan edib ki, bu sənədli filmin nümayişi Slovakiya və Rusiya arasında ənənəvi dostluq münasibətlərinə zərər vurub.
Kommunizmin çöküşündən sonra – 1989-cu ildə Çexoslovakiya iki müstəqil dövlətə bölünüb (BBC).