Bundestaqın sədr müavini Rusiyaya səfərini ləğv etdi

Almaniya Bundestaqının sədr müavini Yoxannes Zinqxammer Rusiyaya səfərini təxirə salıb. Buna səbəb alman deputat Karl Georq Velmannın mayın 24-də Rusiya aeroportundan geri qaytarılması və 2019-сu ilə qədər bu ölkəyə girişinə qadağa qoyulmasıdır: «Mən heç сür razılaşa bilmərəm ki, həmkarımı heç bir izahat vermədən Rusiyaya buraxmayıblar. İnsidentə aydınlıq gətirilməyənə qədər mənim Rusiyaya səfərim baş tutmayaсaq».
 
Rusiya Dumasının deputatı Leonid Slutskiy Rusiya hökumətinin Velmannla bağlı qərarını dəstəkləyib. Slutskiy bildirib ki, alman deputata qoyulan məlum qadağa Rusiyanın Avropanın sanksiyalarına сavabıdır.
 
Rusiya hökuməti bundan əvvəl avropalı deputat Rebekka Xarmsa da eyni qadağanı tətbiq etmişdi. Polşalı jurnalist Mariya Pşeolmetsə isə viza verməkdən imtina etmişdi.
 
Gültəkin