Ölkə, dövlət cəhənnəm, Ilham Əliyev MTN-nin vecinədirmi?

“Yutub” saytında sırf təsadüf nəticəsində izlədiyim videomontajlar 4 gündür bütün əsəbimi əlimdən alıb: ermənilərin hazırladığı bu videoçarxlarda Azərbaycan xalqı ən eybəcər formada təhqir olunur, onun namusu, qeyrəti ayaqlar altına atılır.

Ermənilərin şərəfsiz, şərəfsiz olduqları qədər biqeyrət, biqeyrət olduqları qədər namussuz bir məxluq olduğuna kimsə şübhə etmir – ən azı azərbaycanlılar arasında. Bu məxluqların öz əxlaqlarına, biqeyrət təfəkkürlərinə uyğun davranacaqlarını anlamaq məcburiyyətindəyik. Və ona uyğun da ən azı önləyici tədbir görmək bu dövlətin, xüsusi xidmət orqanlarının borcu və vəzifəsidir.

Amma Milli Təhlükəsizlik Nazirliyinin bu eybəcərliklərdən xəbəri yoxdur! Niyə? Niyə xəbəri olmamalıdır? Bəs, bu MTN hara baxır, nə işlə məşğuldur?Bunun işi-gücü ancaq məni izləməkdirmi? Bunun vəzifəsi “Zeytunluğu” kəsib doğramaq, Aqil Xəlili döymək, sütül və istedadlı gəncləri ölkədən qovmaqdırmı? Bunun vəzifəsi “Azadlıq” qəzetinin saytını həftə səkkiz, mən doqquz dağıtmaqdırmı?

Dörd gündür Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidməti ilə əlaqə yaratmaq istəyirəm. Ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev jurnalistlərlə əlaqə qurmurmuş, kimsədə onun mobil telefonunun nömrəsi yoxmuş. Müraciət etmədiyim həmkar, soruşmadığım reportyor qalmadı – çifaydı, bilmədilər.Axır ki, saytlarından götürdüyüm elektron ünvanlarına bir məktub göndərdim. Düşündüm ki, onsuz da dövlət, millət hərləyən deyillər, ancaq ən azı hörmətli və möhtərəmlərinin bu cür təhqir olunmasına dözməzlər, dərhal praktik addım atarlar.

Bir gün də gözlədim – “Yutub” saytında həmən tas, həmən hamam idi. Nəhayət, telefon əlaqəsi saxladım.

Adamı – Ictimai əlaqələr mərkəzinin rəisi Arif Babayevi tapmaq o qədər də çətin deyilmiş. Bir zəng və mən rəislə danışa bildim. Nə aydın oldu, bilirsinizmi? Hörmətli Arif rəis Babayev heç zəhmət çəkib məktubu oxumayıbmış. Bu elektron poçtun təqdimatında “Milli Təhlükəsizlik Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı məlumat vermək üçün…” yazılıb. Adam, bəlkə mən dünən baş verəcək hansısa terrorla bağlı xəbər göndərmişəm? Bu andıra qalmış məktubu niyə oxumamısınız?

“Rəsmi müraciət etmisinizsə, aydınlaşdırarıq, – deyir, – məsləhət bilsək, cavab verərik”, – söyləyir.

Qısa müddətdə tədbir görülməsini və nəticə barədə telefon açmasını xahiş edirəm. Nə söyləyir, bilirsinizmi? “Mən sizə niyə məlumat verməliyəm? Bizim vəzifəmizdirmi ki, sizə cavab verək?”.

Bəs, “Ictimai əlaqələr mərkəzi” adlı qurum MTN-də niyə yaradılıb? Bu Mərkəz ictimaiyyətlə işləməyib də, hansı işlər görməlidir? Aydındır, ictimaiyyəti vecinə alan kimdir!? Bəs, sizin vəzifəniz deyilmi ki, bu ölkənin vətəndaşlarını, millətin izzəti-nəfsini təhqir edən bu cür videoçarxlardan məlumatlı olmaq? Millət, dövlət, xalq cəhənnəm, sizləri məmura çevirən, bu millətin ağası edən, xalqı ayaqlarınız altına sərən, sizin kimi 100 minə milyonlarla insanı qurban verən möhtərəm lideriniz Ilham Əliyevə görə bu videoçarxları görmək, onu götürmək, nə bilim, dağıtmaq sizin vəzifə borcunuz deyilmi? Niyə bu vaxta qədər görməmisiniz? Görməmisiniz, yəqin “obaxeses”liyə başınız qarışıbmış; bəs, indi, xəbər tutandan sonra niyə hərəkətə keçmirsiniz?

Dəhşətdir: hələ Avropa ölkələrində Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərən saytlardan danışa bilmədim. Ey, Elmar Məmmədyarov, bu saytlarda “müstəqil respublika olan” Dağlıq Qarabağa viza satılır, turistik gəzintilərin təşkili üçün reklamlar verilir; Qarabağa bir xəritə çəkilib ki, adamı “Yutub” saytındakı biqeyrətlikdən də çox yandırır.

Bəs, siz hara baxırsınız? Soruşmaq ayıb olmasın, sizin vəzifəniz nədir?

Vallah, belə ölkə olmur; belə dövlət olmur; belə diktatura olmur; belə avtoritarizm olmur. Bu, elə biabırçılıqdır ki, belə biabırçılıq da olmur, yoxdur, mümkün deyil!