Mühacirin ailə üzvləri girov götürüldü

Polis danışıqlara başladı və ilk tələblər irəli sürüldü

Hökumət artıq facebook eventlərinə ən aqressiv şəkildə reaksiya verməyə başlayıb. Xüsusilə də, əgər bu eventlər Avropa Oyunları ilə bağlıdırsa. Beləçıxır ki, bu idman oyunlarını bu hökumət özünün şərəf məsələsinə çevirib. Bu gün belə bir xüsusilə aqressiv münasibət mühacirətdə olan gənc fəal Rəsul Mürsəlovun Azərbaycanda olan ailə üzvlərinə qarşı göstərilib. Rəsul Mürsəlov « Yandıran Olimpiadaya YOX » adlı bir fb eventi yaradıb. Bundan dərhal Zaqatala polisi hərəkətə keçərək Rəsul Mürsəlovun rayonda olan bütün qohumlarını və ailə üzvlərini girov götürüb. Rəsul Mürsəlovla danışıqlara başlayan Zaqatala polisi ondan tələb edir ki, eventi qapat, ailə üzvlərini azad edək…
 
azadliq.info