Günün ulduz falı (22.05.2015)

«AZADLIQ»IN RƏSƏDXANASI
 
QOÇ
Səhv edəcəyiniz istisna deyil. Yaxşı olar ki, əhatənizdəkilər haqqında tez fikir yürütməyəsiniz. Gün diqqət tələb edən işlər üçün əlverişlidir. Yaşlı qohumlarınızla aranızda mübahisə yarana bilər.
BUĞA
Günün birinci yarısı ürəkaçan olacaq. Bürcün bir çox nüayəndələri özlərinə yeni müttəfiq tapacaq. Axşam isə anlaşılmazlıqlar və xoşagəlməz hadisələr baş verəcəyi ehtimalı da var. Bürcün bir çox nümayəndələrinin əhval korlanacaq.
ƏKIZLƏR
Ümumilikdə gün yaxşı olacaq. Siz yaxınlarınızla yaxşı münasibət quracaq, onları sevindirəcəksiniz. Gün ailəvi şənliklər üçün münasibdir. Işiniz çox olsa da, yorğunluq hiss etməyəcəksiniz.
XƏRÇƏNG
Problemləri ürəyinizə yaxın buraxmırsınız. Bu səbəbdən də onları daha tez həll edirsiniz. Yeni tanışlıqlar gözlənilir. Gün boyu həyat potensialınız yüksək olacaq.
ŞIR
Xırda çətinliklərə fikir verməyəcəksiniz. Buna görə də həyatınızdakı çətin dövrün bitdiyini sanacaqsınız. Bu da əhvalınızın yüksəlməsinə səbəb olacaq. Uğurlu alış-veriş edəcəksiniz, zövqünüz sizi aldatmayacaq.
QIZ
Həyat yolunuzda aşılmaz maneələr yoxdur. Ümumilikdə uğurlu gündür. Özünüzü qoruyun, çünki həyat potensialınız aşağıdır. Düzgün qidalansanız, səhhətinizdə ola biləcək problemlərin qarşısını ala biləcəksiniz.
TƏRƏZI
Soyuqqanlılığınızı qoruyun. Ancaq hadisələri qiymətləndirərkən öz ağıl və məntiqinizə güvənin. Şəxsi həyatınızda görmək istədiyiniz dəyişikliyi tələsmədən edin. Aldığınız qərarları hamı ilə paylaşmayın.
ƏQRƏB
Günün birinci yarısında düşmənləriniz sizi rahat buraxmaq istəməyəcək. Günün ikinci yarısı isə daha sakit və ürəkaçan olacaq. Bu zaman kəsiyi çoxdan hazırladığınız planları həyata keçirmək üçün uğurludur. 
OXATAN
Pozitiv təsirlər güclənəcək, işinizdə mühüm uğurlar əldə edəcəksiniz. Gün bütün növ işgüzar tanışlıqlar və nüfuzlu şəxslərlə görüşlər üçün əlverişlidir. Gözlənilməz romantik görüş təklifi alacağınız da istisna deyil.
OĞLAQ
Gün uğurlu olacaq. Bu gün münaqişə etməyə meylli insanlardan uzaq durmağa çalışın. Baş verən hadisələri doğru və obyektiv qiymətləndirin ki, artıq narahatlıq qalmasın.
DOLÇA
Gün yaradıcı işlər üçün uğurludur. Yeni layihəyə başlamaq üçün əlverişli gündür. Şəxsi müstəvidə də işlər qaydasında olacaq. Bu gün asanlıqla tanışlıqlar qurur və insanların etibarlarını qazanacaqsınız. Yeni romantik macəra da istisna deyil.
BALIQLAR
Çox məhsuldar gündür. Gələcəyinizlə bağlı konkret planlar qurun. Sizi maraqlı görüşlər gözləyir. Səyahətə çıxmaq üçün də əlverişli zamandır. Yol cansıxıcı görünməyəcək.