“AzəriLayt” markalı neftin qiyməti 1,76 dollar ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir. 
 
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,44 dollar ucuzlaşaraq 57,99 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 2,25 dollar azalaraq 64,02 dollar olub.
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AZƏRTAC-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,76 dollar ucuzlaşaraq 65,23 dollar təşkil edib.