Misirdə kişilərdən sonra qadınların da Türkiyəyə səfər etmələrinə qadağa qoyulub. Qadağa 18-40 yaş qrupuna aid qadınlara şamil olunacaq. Misirli qadınlar yalnız təhlükəsizlik orqanlarının həyata keçirdiyi 72 saatlıq dindirmədən sonra verilən xüsusi icazə ilə Türkiyəyə gedə biləcək. Misir hökuməti bu yolla vətəndaşlarının Türkiyə vasitəsi ilə Suriyaya gedib cihadçı dəstələrə qoşulmasının qarşısını almağa çalışır. Ötən ilin dekabrından eyni yaş qrupundan olan misirli kişilərə də belə bir qadağa qoyulmuşdu.
Gültəkin