Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin devrilmiş prezidenti Məhəmməd Mursi barəsində çıxarılmış edam hökmünə etiraz edib. Ərdoğan bildirib ki, Mursini ölüm hökmünə məhkum etmək ona səs verən insanları cəzalandırmaq deməkdir: «Əgər bu gün Mursiya edam cəzası verilirsə, bu həm də onu seçən insanlara verilən cəzadır. Avropa Birliyinə, dünya ölkələrinə səslənirəm – bəs deyirdiniz, edam hökmünə qadağa qoyulub. Niyə durmusuz? Niyə susursuz?».
Gültəkin