Nurəddin Məmmədli: «Şahin Mustafayevin fikirləri talançılığa haqq qazandırmağın ifadəsidir»
Iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan islahat aparan 10 ölkə sırasında 8-cidir
Nazirin fikrinə münasibət bildirən AXCP sədrinin müavini Nurəddin Məmmədlinin qənaətincə, söhbət korrupsiyanın dərinləşməsindən, iqtisadiyyatda monopoliyanın dövlət siyasətinə çevrilməsindən, bazar iqtisadiyyatının məhv olmasından gedirsə, nazirin dediklərini həqiqət hesab etmək olar:
“Azərbaycanda hansı iqtisadi, siyasi, hüquqi islahatlardan söhbət gedə bilər? Bütün dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ölkəni neqativ təzahürlərin sürətlə inkişaf etdiyi bir məkan kimi təqdim edirlər. Bunlar özlərinə haqq qazandırmağın başqa yolunu tapmadığından bütün dünyaya böhtan atmaqla məşğuldurlar. Ona görə də hakimiyyət bu gün iki prinsipə söykənməklə öz mövcudluğunu davam etdirir. Onun biri talan, o biri isə yalandır. Şahin müəllimin fikirləri də talançılığa haqq qazandırmaq üçün irəli sürülmüş növbəti yalanın bir ifadəsidir”.
Nigar


