Vatikan Fələstinlə diplomatika münasibətlərin qurulmasına dair razılaşma hazırlayıb və bununla da rəsmən Fələstin dövlətini tanıyıb. Bu sənəd Vatikanla Fələstin Azadlıq Təşkilatı arasında diplomatik münasibətlərə dair qüvvəsini itirmiş ikitərəfli razılaşmanı əvəz edəcək.
Sənədin mayın 16-da Fələstin muxtariyyatının rəhbəri Mahmud Abbasla Roma Papası Fransisk arasında keçiriləcək görüşdə imzalanacağı gözlənilir.
2012-ci ildə Vatikan BMT Baş Assambleyasının Fələstinə BMT-də müşahidəçi dövlət statusunun verilməsi ilə bağlı qərarını dəstəkləyib.
azadlıq.info


