Bakıda iki ailə arasında dava: ölən və yaralanan var

Azərbaycan paytaxtında qətl törədilib.
 
APA-nın məlumatına görə, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri, Hacıbağır Bağırov, atası Ehtiram Bağırov və qonşusu Rüstəm Qurbanov münaqişə zəminində qonşuları Ənnağı Baxışovu və qardaşı  Zaur Baxışovu bıçaqlayıblar.
 
Ə. Baxışov xəstəxanaya aparılarkən yolda keçinib.
 
Hadisəni törətməkdə şübhəli bilinən hər üç şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.