Çavuşoğlu Rusiyanın Krımdakı əməllərini pisləyib

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bildirib ki, rusiyanın Ukraynada, Krımda və Gürcüstanda etdiklərinə heç nə ilə bəraət qazandırmaq olmaz. 
NATO-ya üzv ölkələrin XİN başçılarının Antalyadakı sammiti ərəfəsində Çavuğoğlu bəyan edib ki, nə AB. Nə də rusiya Ukraynaya Rusiya ilə Avropa arasında seçimj etməyi məcbur edə bilmir. 
Çavuşoğlu aprel ayında da Krım mövzusunda danışıb. O bildirimişdi ki, Krım əhalisinin, xüsusilə Krım tatarlarının hüquqları pozulur. 
Bir qədər əvvəl isə Rusiyanın Ukraynaya qarşı etdiklərini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da pisləmişdi. 
azadlıq.info