Rusiya XİN rəhbəri Sergey Lavrov və prezidenti Vladimir Putin ilə müzakirələriniz səmimi olub; Ukrayna, İran, Suriya ilə bağlı məsələlər müzakirə olunub. Bunu ABŞ dövlət katibi Con Kerri Twitter səhifəsində bildirib.
“İran, Suriya və Ukrayna danışıqları ilə bağlı əsas məsələlər ətrafında Rusiya prezidenti Putinlə və XİN rəhbəri Lavrovla səmimi diskussiyalarımız oldu”, deyə Kerri qeyd edib.
***
ABŞ Dövlət katibi Con Kerri Soçidə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparır. O bundan əvvəl rusiyalı həmkarı Sergey Lavrovla da görüşüb. Lavrov danışıqların əla olduğunu deyib.
Görüşlərdə, Ukraynanın şərqində atəşkəs rejiminə əməl edilməsi, Suriya müharibəsi və Yaxın Şərqdəki münaqişlər müzakirə olunmalıdır.
Vladimir Putin Kerri ilə danışıqlardan əvvəl müdafiə sənayesi rəsmiləri ilə görüşdə, silahlı qüvvələrin modernləşdirilməsi tempinin davam etdirilməsinin Rusiyanın qarşısinda duran əsas məsələlərdən biri olduğunu deyib.
Kerri NATO ölkələri xarici işlər nazirlərinin görüşünə qatılmaq üçün Soçidən Türkiyəyə yollanacaq.


