
“Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov və onun şirkətdəki şəriki Azər Əsgərov bu gün saxlanılıblar.
“Azİmport”dakı mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, mülki geyimli şəxslər bu gün şirkətin ofisinə gedərək hər iki şəxsi saxlayıblar.
Məlumata görə, həmin mülki geyimlilər bir müddətdən sonra Azər Əsgərovla birlikdə şirkətin ofisinə qayıdıblar. Onlar ofisdən zəruri sənədləri götürərək A.Əsgərovla birgə yenidən naməlum istiqamətə gediblər.
R.Məmmədovla A.Əsgərovun hazırda harada olması barədə heç bir məlumat yoxdur. Onlar evlərində deyillər. Heç ofisə də qayıtmayıblar.


