
Zemanın sözlərinə görə, onun Moskvaya səfəri hökumətlə razılaşdırılıb. Həmçinin qeyd edib ki, Avropa Birliyi daxilində də Rusiyaya münasibətdə fərq var və bəzi dövlət başçıları sanksiyalara qarşı çıxır. Onun sözlərinə görə, Krımı Ukraynaya yalnız müharibə yolu ilə qaytarmaq olar. Avropa isə müharibə istəmir.
Zeman bildirib ki, Ukraynanın NATO üzvü olması üçün 15-20 illik proses başlamalıdır. 20 ildən sonra isə nələrin baş verəcəyini indidən demək olmaz. Hətta 20 il sonra Rusiya da Abropa Birliyinin üzvü ola bilər.
azadlıq.info