Kredit kartlarının azalması sürətlənir

Son aylar bir neçə bankın yeni kredit kartı məhsullarını istifadəyə verməsinə qarşı, kredit kartlarının sayında azlma sürətlənir.
 
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, Fevral–Mart aylarında kredit kartlarının sayı 41 min ədəd azalıb.
 
Yanvar ayının sonunda sayı 1 milyon 322 min ədəd çatan kredit kartları, Martın sonunda 1 milyon 281 min ədədə düşüb.
 
Fevralda kredit kartları 3 min ədəd, Martda isə 38 min ədəd azalıb.
 
Martda ödəniş kartlarının ümumi sayı artaraq 6 milyon 32 min ədəddən 6 milyon 38 min ədədə yüksəkib. Artımın səbəbi sosial və digər kartların sayının artmasıdır.
 
31 MArt 2015-ci il tarixində 6 milyon 38 min ədəd olmuş ödəniş kartlarının 2 milyon 461 min ədəd sosial kartlar, 1 milyon 442 min ədədini əmək haqqı kartları, 1 milyon 281 min ədədini kredit kartları, 854 min ədədini digər kartlar təşkil edib.