Ankarada zəlzələ oldu

Türkiyənin paytaxtı Ankarada yerli vaxtla saat 02.40-da zəlzələ olub. Boğaziçi Universitetinin Zəlzələ Araşdırma İnstitutunun verdiyi məlumata görə, yeraltı təkanlar yerin 6.8 km. dərinliyində qeydə alınıb. Əsasən Ankaranın Almadağ ərazisində hiss edilən zəlzələ Rixter cədvəli ilə 4 bal gücündə olub. Dağıntı və tələfatın olmadığı bildirilir.
 
Gültəkin