Gürcüstanla sərhəddə gərginlik FOTO

Gürcüstan-Azərbaycan sərhədində, “Qırmızı Körpü” Sərhəd Gömrük Keçid Məntəqəsində adam sıxlığı yaranıb. Bu barədə orda olan şəxslərdən biri məlumat verib. Onun dediyinə görə, bir neçə gün ölkədə iş günü olmadığı üçün ölkədən alver və gəzmək üçün Gürcüstana gedənlərin sayı çoxalıb. İndi isə onlar geri qayıdan zaman sərhəddə adam sıxlığı yaranıb. Buna səbəb isə  sərhəd gömrük keçid məntəqəsinin və sərhəd xidmətinin əməkdaşlarının ləng işləmələridir. Bu da ordan keçənlərin gecikmələrinə və narazılğıqlarına səbəb olub.
Şahidlərdən biri hadisə haqda bunları deyib: “Hər kəsin bağlamasında nə olması rengetndə görsəndiyi halda,  sərhədi keçənləri tək-tək yoxlayırdılar, çantalarını, bağlamalarını açıb baxırdılar. Əsasən də alverlə məşğul olan şəxsləri ciddi yoxlayırdılar. Adamlarla çox kobud davranırdılar. Adamları söyüb təhqir edirdilər.  2-3 alverçini də döydülər. Bağlamalara təpiklə vurub dağıdırdılar”.
Həmin şəxsin sözlərinə görə, bu işə mülki geyimli bir şəxs rəhbərlik edirmiş.