ABŞ əsgərləri gözəgörünməz hərbi geyimlərdən istifadə edəcək. Birləşmiş Ştatlar görüntünü itirən bu geyimləri tezliklə sınaqdan keçirməyi düşünür. «Daily Mail» xəbər verir ki, stels-texnologiyaların köməyi ilə hazırlanacaq bu geyimlərin xüsusi materialı olacaq. Bu material işıqla reaksiyaya girərkən elektromaqnit dalğalar işığı qıraraq görüntünü itirəcək. 8 saat faəliyyətdə olan 450 qramlıq qurğu vasitəsilə hərbi geyimin məlum xüsusiyyətini qoruyub-saxlamaq mümkün olacaq. Onun istənilən hava şəraitinə uyğun olması və korlanmaması da nəzərə alınıb.
ABŞ Müdafiə Nazirliyindən bildiriblər ki, ilkin nümunələr il yarıma ərsəyə gətiriləcək və bundan sonra bir il ərzində sınaqdan keçiriləcək. Geyimlər kənardan ya şəffaf, ya da rəngli kölgə kimi görünəcək.
Gültəkin