
Türkiyəyə məxsus gəmiyə hücum olub. “Tuna-1”yük gəmisinə Liviya ordusu həm havadan, həm də qurudan hücum edib.
Tükriyə mətbuatının məlumatına görə, hadisə zamanı Türkiyə vətəndaşı olan üçüncü kapitan həlak olub.
Məsələ Türkiyə xarici işlər nazirliyinin sərt tənqidinə səbəb olub. Nazirliyin məlumatında bildirilir ki, hücum Tobruk limanına tabe olan hərbi güclər tərəfindən edilib.
“Tuna-1”yük gəmisi İspaniyadan yüklədiyi alçipanı sahibinə təhvil vermək üçün Tobruk limanına tərəf istiqamət götürüb. Amma o, Tobruka 13 mil qalmış beynəlxalq sularda hücuma məruz qalıb. Sahildən artilerriya atəşinə tutulan gəmi uzaqlaşmaq istəyərkən onun üzərinə iki dəfə aviasiya hücumu olub.
Türkiyə tərəfi Liviyaya sərt şəkildə xəbərdarlıq edərək bölgədə üzən türk gəmilərinin təhlükəsizliyini təmin etəmyi tələb edib.


