Ukrayna Rusiyadan Donbasdakı hərbi əməliyyatlara görə 350 mlrd dollar təzminat tələb edib. Bunu Ukrayna telekanallarının birinə açıqlama verən iqtisadi inkişaf və ticarət naziri Aleksandr Borovik bəyan edib. “Hansısa mərhələdə Rusiya pul ödəməli olacaq. Biz hesablamalar aparmalıyıq, buna hazır olmalıyıq”, – deyə o vurğulayb.
A. Borovik müvafiq məbləğin Küveytin 1991-ci ildə İraqa qarşı maliyyə iddialarının əsasında dayanan rəqəmlərlə eynilik təşkil etdiyini vurğulayıb.


