Merkel Putini cinayətdə ittiham etdi

Almaniya kansleri Moskvada sərt bəyanat verdi

Moskvada səfərdə olan Almaniya kansleri Angela Merkel bildirib ki, Krımın cinayətkar və qanunsuz anneksiyası Moskva ilə Berlin arasında əməkdaşlığa ciddi zərbə vurub. O həmçinin qeyd edib ki, bu işğal Avropada dinc quruluşa təhlükədir. 

Qeyd edək ki, Almaniya kansleri məhz Ukrayna böhranına görə mayın 9-da Qələbə paradında iştirakdan imtina edib. O, mayın 10-da Naməlum Əsgərin məzarına əklil qoyub.  
azadlıq.info