Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda karbamid zavodunun tikintisini dayandırıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə əsasən, zavodun tikinti layihəsi müvəqqəti dayandırılıb: "Buna səbəb Gürcüstan hökumətilə müəyyən danışıqlarımızı başa çatdıra bilməməyimiz oldu".


