
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Orxan Mənsurzadə isə mayın 7-də “Azadlıq”a açıqlamasında, onlarda Fuad Əhmədli ilə bağlı hər hansı məlumat olmadığını, bu xəbəri mətbuatdan eşitdiyini bildirmişdi. Orxan Mənsurzadə, onu da qeyd etmişdi ki, ən qısa zamanda xəbəri araşıdırıb içtimaiyyətə bu haqda rəsmi məlumat veriləcəklər. Lakin üstündən bir sutka keçməsinə baxmayaraq nə DİN məsələyə aydınlıq gətirib, nə də Fuad Əhmədli haqda hər hansı məlumat var.
DİN-in mətbuat xidməti isə telefonlarımıza cavab vermir.