Neftin qiymətindəki yüksəlişlər yerini sərt satışlara verə bilər. “Marketwatch” da yer alan bir analizdə, neftin son günlər yüksəlişinə baxmayaraq yenidən 30 dollar səviyyələrinə enəcəyi qeyd olunub. Analizdə, neft qiymətlərinin bu il son altı ilin ən aşağı səviyyəsinə geriləməsinin ardından 40% yüksəldiyi və ilin ən yüksək səviyyələrinə çıxdığı qeyd edilib. Buna əlavə olaraq neftdə davam edən zəif tələbat və yüksək miqdardakı istehsalın təsiri ilə yaxın zamanda yeni bir azalma dalğasının gəlmə ehtimalına da işarə edilib. Analizdə, neftdə yenidən 30 dollar səviyyələrinin danışıla biləcəyi ifadə edilib. Digər tərəfdən neft apreldə son dövrlərin ən yaxşı ayını yaşayır. Artıq Brent neftinin barrelinin qiyməti 69 dolları aşıb.