Bayraq Meydanının sabiq rəisi haqda ilginc məlumatlar

Rəşad Məmmədov anasının sənədlərini saxtalaşdırıb 

 
Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi Idarəsinin sabiq rəisi, “AzImport” şirkətinin faktiki sahibi Rəşad Məmmədovun vəzifəsindən azad olunması xəbəri ictimai rəydə bomba effekti doğurub. Azərbaycan mətbuatı R.Məmmədovun bu şirkətinin (şirkətə isə onun bacısının əri Azər Əsgərov rəhbərlik edir) özbaşınalığı ilə üzləşmiş vətəndaşların çoxsaylı şikayətləri əsasında elementar kompensasiyadan da məhrum edilmiş insanların dərdlərindən və fəlakətlərindən bir neçə aydır ki, ətraflı yazır.
Rəşad Məmmədovun anasının adı nədir?
Doğrudur, şirkətin özbaşınalığı ilə üzləşmiş insanların bir çoxu məhkəmələrə üz tutmuşdu. Lakin R.Məmmədov öz qulluq mövqeyindən və inzibati resurslardan istifadə edərək məhkəmə sisteminə də bütün mümkün üsullarla təzyiq göstərir, ədalətli qərarların qəbulunu ləngidir, buna mane olurdu.
Nəhayət, sonradan məlum oldu ki, R.Məmmədovun anası milliyyətcə ermənidir. Yəni Azərbaycanın faktiki olaraq dövlət rəmzinin keşiyində dayanan bir adam yarımermənidir. Azərbaycan dünya erməniliyi və Ermənistan Respublikası ilə müharibə şəraitindədir. Səbəb etnik münaqişədir.
Əlbəttə, R.Məmmədov dövlət iyerarxiyasında başqa bir vəzifə tutsaydı, bu fakt ictimai rəyə bəlkə də bu qədər sarsıdıcı təsir göstərməzdi. Amma bu adam Dövlət Bayrağı Meydanı Idarəsinin rəisi kimi həssas bir postu tuturdu.
R.Məmmədovun anasının gerçək adı belədir: Aida Stepanovna Martirosova. Bu qadın Bakı sakinidir.
R.Məmmədov Bakının yarısını heç bir qanuna məhəl qoymadan buldozerlə yerlə-yeksan edib dağıtmaqdan, heç kəsə kompensasiya vermədən insanları halal evlərindən və ofislərindən küçəyə atmaqdan başqa daha bir ağır cinayət törədib. R.Məmmədov anasının sənədlərini də saxtalaşdırıb, ermənini bu yolla “azərbaycanlıya” çevirib. Belə cinayətlərə, dövlət sənədlərini saxtalaşdırmağa görə isə çox ağır cəzalar nəzərdə tutulur!
Problem onda deyil ki, R.Məmmədovun anası ermənidir. Problem ondadır ki, o, anasının sənədlərini saxtalaşdırıb. Adam öz kökləri ilə, valideynləri ilə fəxr edər, onlara görə utanmaz. R.Məmmədov isə utanır və öz erməni köklərini gizlətməyə çalışır!
“AzImport” şirkətinin
“AzImport” şirkətinin adına ilk dəfə 2010-cu ildə – Buzovna-Zuğulba-Bilgəh magistral yolu çəkilməyə başlayanda rast gəlinib. Həmin yolun hər iki tərəfində ayrı-ayrı vətəndaşlara məxsus olan şəxsi mülklər yerləşirdi. R.Məmmədovun gözü ayağının altını görməyən dəstəsi ən vicdansız təzyiq, hədə, şantaj üsullarını tətbiq etməklə həmin mal-mülkə bir göz qırpımında sahiblənmişdi. Bu, adi quldurluq idi. Buzovna sakinləri A.Baxşıyevin, M.Məmmədovun, V.Əliyevin və digərlərinin əmlakı və şəxsi torpaq sahələri də bu yolla R.Məmmədovun dəstəsinin əlinə keçdi.
Qurbanov Abbasov küçəsi, 33 ünvanında (Səbayel Rayon Məhkəməsinin binasına bitişik, Dövlət Bayrağı Meydanından bir qədər aralıda) yerləşən binanın sakinlərinin R.Məmmədov və dəstəsi tərəfindən necə küçəyə atılmasından da ətraflı yazmışıq. Bu bina arxitektura əhəmiyyətli idi və dövlət tərəfindən qorunurdu. Indi isə yoxdur. R.Məmmədovun tamahının güdazına gedib…
Maraqlıdır ki, bu qəsbkarlar o binanı sökəndə yalnız dövlətin adından hərəkət etdiklərini deyirdilər. Halbuki həmin binanın sökülməsinin dövlətə heç bir aidiyyəti yox idi. Lakin “AzImport” şirkətinə yüksək səviyyədə dəstək verilməsi sayəsində onun müdafiəsiz vətəndaşlara qalib gəlməsi çətin olmadı.
Bomba sığınacağı və Heydər Əliyev parkı zəbt edilib
Bina sakinləri ilə danışıqlar adi fırıldaq sxemi əsasında aparılırdı. Onlara əvvəlcə “qızıl dağ” vəd olunur, kimsə imtina edəndə isə qoçular işə salınırdı.
Bundan əlavə, Buzovnada 10 min kvadratmetr sahədəki yaşayış sahəsi və yaşıllıq bu şirkət tərəfindən qanunsuz olaraq dağıdılıb və məhv edilib. Bu zaman mülkiyyət sahiblərindən heç kimə kompensasiya ödənilməyib.
“AzImport” Azərbaycanın strateji obyektlərindən birini – Buzovnadakı bomba sığınacağını da qəsb edib. Onun yerində 56 ikimərtəbəli mağaza tikilib. Buzovnada R.Imanov küçəsindəki qazanxana da şirkət tərəfindən ələ keçirilib. Yerində dəbdəbəli ikimərtəbəli ticarət mərkəzi tikilib. Qəsəbə sakinləri bu yolla istilikdən məhrum edilib.
Yüzlərlə vətəndaşların qaracları bu şirkət tərəfindən zorla ələ keçirilib və dağıdılıb. Özü də təkcə Buzovnada yox, həm də Bayılda. Heç kimə də qəpik də kompensasiya ödənilməyib.
Məlumata görə, bütün bu göstərilən faktlar üzrə Bakı Şəhər Prokurorluğunda araşdırma gedir…
Rəşad Məmmədov-Azər Əsgərov dueti hətta Heydər Əliyev parkının yerini, Mədəniyyət Evinin, “Reyhan” restoranının ərazisini – üst-üstə 1 hektar yarım ərazini ələ keçirərək orada otel, restoranlar və digər obyektlər inşa edib. Yenə də heç kəsə kompensasiya ödəmədən! Bu cütlük bakılıların hətta çimərliyini də əllərindən alıb!!!
Virtualaz.org