NATO Şimal dənizində tarixinin ən böyük sualtı təlimlərinə başlayıb. Aralarında Türkiyənin də olduğu 11 ölkənin iştirak etdiyi təlimlərə, NATO üzvü olmayan İsveç də dəvət edilib. Manevrdə, radarların müəyyən etməyə çətinlik çəkdiyi gurultulu sualtı vasitələrin aşkarlanması və məhv edilməsi əsas hədəf olacaq. Müşahidəçilər, NATO-nun Şimal dənizindəki manevrlərini Rusiyanın dənizaltı təhdidlərinə cavab kimi dəyərləndirir.
azadliq.info