Donald Yensen: «Vaşinqton Azərbaycanda insan hüquqlarının vəziyyətindən narahatdır»
ABŞ-ın Con Hopkins Universitetinin eksperti Donald Yensen “Turan”a bildirib ki, Bakı və Vaşinqton arasında münasibətlər bir neçə istiqamətdə inkişaf edir, lakin əlaqələr daha yaxşı ola bilərdi.
“ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melianın iyunun 16-da Bakıda qeyd etdiyi kimi, Vaşinqton Azərbaycanda insan hüquqlarının vəziyyətindən narahatdır. Bakıda amerikalı jurnalistə və britaniyalı hüquq müdafiəçisinə basqından sonra bu narahatlıq daha da artıb. Bu vəziyyət dəyişmədikcə münasibətlər yaxşılaşmayacaq”.