
Türkiyə baş naziri Əhməd Davudoğlu son açıqlaması ilə keçmiş prezident Abdulla Gülü pis vəziyyətə salıb. Baş nazir bildirib ki, 2013-cü ildə Pensilvaniyada Fətullah Gülənlə görüşəcəyi barədə Gülə həm əvvəl, həm də qayıdandan sonra məlumat verib: «Abdulla Güllə BMT-nin iclasına görə Nyu-Yorkda idik. Bir həftə sonra mən Pensilvaniyaya getdim. Görüşdən əvvəl də, sonra da ona məlumat verdim. Abdulla Gülə böyük hörmətim var, amma hafizəm çox yaxşıdır». Qeyd edək ki, A.Gül Davudoğlunun Gülənlə görüşündən sonradan xəbər tutduğunu bildirmişdi.
Davudoğlu Fətullah Gülənlə görüşdə nələrdən danışdığına da aydınlıq gətirib: «Gülənə bildirdim ki, Türkiyəyə qayıtmağı, ünsiyytə açıq olmağı şübhələri aradan qaldırar. Türkiyədə olmamaq isə təmasları çətinləşdirir. «Paralelçilər»in bu görüşdən də gizli səsyazıları varsa, yaysınlar».
Gültəkin


