
İsrail xarici işlər naziri Aviqdor Liberman istefa verib. Bir neçə ay əvvəl «bütün fələstinli məhkumlar edam edilməlidir» açıqlaması ilə dünyanın gündəminə gələn Liberman istefası barədə xəbəri keçirdiyi mətbuat konfransında açıqlayıb. XİN rəhbəri qərarını qurulacaq yeni hökumətlə əlaqələndirib: «Çox təəssüf ki, qurulacaq yeni hökumətin milli maraqlara xidmət etməyən, fürsətcil bir siyasət yürüdəgcəyi qənaətinə gəldim». Liberman istefa məktubunu baş nazir Binyamin Netanyahuya təqdim edəcəyini bildirib. Qeyd edək ki, Netanyahu mayın 6-dək İsraildə koalisyon hökumət qurmalıdır.
Gültəkin


