Hər gün 6,25 milyon dollar itirilib

2015-ci il aprelin 1-ə Azərbaycanın Dövlət Neft Fondunun aktivləri 2015-ci ilin əvvəlinə (37 milyard 104,1 milyon ABŞ dolları) nisbətən 5,86% və ya 2  milyard 173,6 milyon dollar azalaraq 34 milyard 930,5 milyon ABŞ dollarına bərabər olmuşdur.
 
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları isə yanvar-mart aylarında 4 milyard 286,2 milyon manat azalaraq 9 milyard 472.1 milyon dollara düşüb.
 
Beləliklə, birinci rübdə Dövlət Neft Fondunun və Mərkəzi Bankın cəmi itkiləri 6 milyard 459,8 milyon dollar təşkil edib. Bu da birinci rübün hər günü 6 milyon 525 milyon dolların itirildiyi deməkdir.
 
Mərkəzi Bankın valyuta ehtiyatları ötən ilin İyulundan 31 Mart 2015-ci il tarixinədək isə 5 milyard 721,3 milyon dollar azalıb. Bu halda valyuta ehtiyatlarımızın 7 milyard 894,9 milyon dollar “əridiyini” söyləmək olar.
 
31 Mart tarixinə Azərbaycan 44 milyard 402,6 milyon dollar valyuta ehtiyatlarına malik olub.