ABŞ Qarabağdakı seçkiləri tanımayacaq

ABŞ, Dağlıq Qarabağda 3 mayda keçiriləcək "parlament" seçkilərinin nəticələrini tanımayacağını bildirib. ABŞ dövlət katibinin müavini Jeff Rathke, gündəlik təşkil olunan brifinqinde bildirib:
 
"Dağlıq Qarabağ suveren dövlət kimi tanınmır və bu səbəbdən 3 mayda keçiriləcək seçkilərin nəticələrini Qarabağın hüquqi statusuna təsir edəcək element kimi qəbul etməyəcəyik".
 
azadliq.info