Riqa sammiti yaxınlaşdıqca Azərbaycana yönəlik təzyiqlər artmaqdadır. Azərbaycan hakimiyyətindən konkret addımların atılması istənilir. Bakıda keçirilən tədbirdə çıxış edən Latviya prezidenti Vayra Vike-Frayberqa bildirib ki, Şərq Tərəfdaşlığı ölkələri arasında Azərbaycan mühüm əhəmiyyət daşıyır və ölkəmiz AB üçün prioritetdir. “Mən istərdim ki, Riqa sammitindən sonra Azərbaycan və Avropa Birliyi arasında strateîîji tərəfdaşlıq sazişi imzalansın”, deyə o vurğulayıb.
Eyni zamanda Latviyanın keçmiş prezidenti Valdis Zatlers isə vurğulayıb ki, Azərbaycanla strateji tərəfdaşlıq sazişinin imzalanması mühüm addım olardı.
Amma AB liderlərinin də çağrışları fonunda Brüssel ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlı görünməyən Azərbaycan hakimiyyəti son ana qədər bu istəklərə müqaivmət göstərmək niyyətindədir.
Ekspertlər hesab edir ki, əslində AB ilə Azərbaycan arasında ciddi fikir ayrılığının olduğu ortadadır. AB Azərbaycandan Assosiasiya sazişinin imzalanmasını istəsə də Bakı isə “strateji tərəfdaşlıq və moderləşdirmə” sazişini təklif edir. Amma o da unudulmamalıdır ki, Assosiasiya sazişi insan haqları, demokratiya sahəsində Azərbaycanın üzərinə öhdəliklər qoysa da, Bakının təqdim etdiyi layihə bunu nəzərdə tutmur. “Strateji tərəfdaşlıq və moderləşdirmə” sazişi yalnız ticarət əlaqələrini nəzərdə tutur və Azərbaycanın üzərinə öhdəlik qoymur. Ona görə Azərbaycan bu yolla AB ilə yalnız ticari münasibətlər saxlamağa çalışır.
Amma Azərbaycanın bu niyyətinə AB-dan da müsbət baxılmır. Çünki I.Əliyev səviyyəsində AB ilə münasibətlərdən imtina edilməsi Brüssel tərəfindən birmənalı dəyərləndirilmir. Amma AB bağların tamamilə qırılmaması və Azərbaycanın Rusiyanın ağuşuna düşməməsi üçün Bakının təklif etdiyi layihəni qısa müddətliyə imzalamağa hazırdır. Amma bu layihə bir keçid mərhələdir və rəsmi Bakı bir müddət sonra Assosiasiya sazişini imzalamağa borcludur.
Hikmət


