AXCP sədrinin müavini Əbülfəz Qurbanlı meriyanın mitinq qərarına münasibət bildirib. O, özünün "facebook" səhifəsində Bakı Şəhər İcra Hakimiyyətinin cavabını belə dəyərləndirib:
"Növbəti dəfə vətəndaşların "Talana son!" tələbini eşitməyə razılaşmadılar. Axı hansı oğru öz adının günün günorta çağında çağrılmasına razı ola biler ki? Narahat olduqlarını, meydanlardakı etirazdan qorxduqlarını Milli Şuranın mitinqinə "yox" deməklə biruzə verdilər. Əslində bundan öncəki iki mitinqdə də gizlətməmişdilər. Səhifə, profil oğurlamışdılar, mitinqə gələnlərin qarşısını kəsmişdilər, cib muxalifətinə xod vermişdilər. Çünki devalvasiya qaçılmazdır, iqtisadi böhran davam edəcək. Bunun fonunda isə kütləvi etirazlar labüddür. Hakimiyyət isə bu etirazları istəmir. Əziz tərəfdaşlar, üzvler, etirazçılar! Milli Şura və AXCP rəhbərliyi müzakirələri davam etdirir, növbəti mitinq qərarımızı sizlərə açıqlayacağıq".


