Şimali Koreya prezidenti Kim Çen In mayın 9-da Moskvada keçiriləcək hərbi paradda iştirak etməyəcək.
Rusiya prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Kim Pxenyanda qalmaq qərarına gəlib və bu ölkənin daxili işləri ilə bağlıdır.
Kremlin sözçüsü Peskov deyib ki, o bunu eləməməli idi və bu barədə Kremlə diplomatik kanallarla məlumat verilib.
Rusiya rəsmiləri bundan əvvəl bildirmişdilər ki, Kim Çen In Kremlin dəvətini qəbul edib.
Bu Kimin hakimiyyətə gəldiyi 3 ildə ilk xarici səfəri olmalı idi.
İkinci dünya müharibəsində Nasist almaniyası üzərində qələbənin 70 illiyi münasibəti ilə Moskvada keçiriləcək parada prezident Vladimir Putin sədrlik etməlidir.
Bir çox qərb ölkələri Ukrayna böhranına görə, paradda iştirakdan imtina ediblər (azadliq.org).